Bank Of Baku

Obama: “Səlahiyyət müddətim başa çatanadək Minsk razılaşmalarının yerinə yetirilməsinə ümid bəsləyirəm"

Obama: “Səlahiyyət müddətim başa çatanadək Minsk razılaşmalarının yerinə yetirilməsinə ümid bəsləyirəm"
# 21 noyabr 2016 01:01 (UTC +04:00)

ABŞ prezidenti Barak Obama bildirib ki, prezident postunda səlahiyyət müddəti başa çatanadək Minsk razılaşmalarının yerinə yetirilməsinə ümid edir.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Obama bunu Perunun paytaxtı Limada başa çatmış Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bəyan edib.

 

"Putinlə  söhbətimdə Ukrayna üzrə Minsk razılaşmalarının yerinə yetirilməsinin vacibliyini vurğuladım. Bununla bağlı Rusiya tərəfini ABŞ, Fransa və Almaniya nümayəndələri ilə birgə işləməyə çağırdım. Çünki səlahiyyət müddətim başa çatanadək Minsk razılaşmalarının yerinə yetirilməsinə ümid bəsləyirəm”, deyə B.Obama bildirib. O, həmçinin  Suriya böhranının həlli ilə bağlı nikbin olmadığını vurğulayıb. 

 

Qeyd edək ki, Limada keçirilən APEC sammitində Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama arasında qısa söhbət olub. Prezidentlər Ukrayna və Suriyadaki vəziyyəti müzakirə ediblər. Obamanın prezident postunda səlahiyyət müddəti gələn il yanvarın 20-də başa çatır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR