Bank Of Baku

Obama Şimon Peresin dəfn mərasimində iştirak edəcək

Obama Şimon Peresin dəfn mərasimində iştirak edəcək
# 28 sentyabr 2016 20:16 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama ötən gün vəfat edən sabiq prezident Şimon Peresin dəfn mərasimində iştirak etmək üçün İsrailə səfər edəcək.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bəyan edib.

 

Onun sözlərinə görə, Obama ilə birgə İsrailə ABŞ-ın dövlət katibi Con Kerri də yollanacaq.

 

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Bill Klinton Şimon Peresin dəfn mərasimində iştirak etmək üçün İsrailə gedəcəyini bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR