Bank Of Baku

Pentaqon: “Charlie Hebdo” nəşrinə hücum hazırlayan İŞİD lideri məhv edilib

Pentaqon: “Charlie Hebdo” nəşrinə hücum hazırlayan İŞİD lideri məhv edilib
# 09 dekabr 2016 23:42 (UTC +04:00)

2015-ci ildə “Charlie Hebdo” nəşrinə hücum hazırlayan İŞİD lideri Bubaker əl-Həkim Suriyada məhv edilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi bildirib.

 

“Charlie Hebdo” nəşrinə hücum hazırlayan İŞİD lideri Suriyanın Rakka şəhərində, ABŞ Hərbi-Hava Qüvvələrinin endirdiyi hava zərbəsi nəticəsində məhv edilib. 33 yaşlı Bubaker əl-Həkim İŞİD terror təşkilatında terror aktlarının planlaşdırılması ilə məşğul olub. Tunis əsilli Fransa vətəndaşı olan Bubaker əl-Həkim Charlie Hebdo” nəşrinə hücum edən Kuaşi qardaşlarına rəhbərlik edib”, Pentaqonun rəsmi nümayəndəsi qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR