Bank Of Baku

Pentaqon: "ABŞ-ın Suriyada apardığı əməliyyatların müddəti uzana bilər"

Pentaqon: "ABŞ-ın Suriyada apardığı əməliyyatların müddəti uzana bilər"
# 05 mart 2018 22:07 (UTC +04:00)

ABŞ-ın Suriyada terrorçulara qarşı həyata keçirdiyi əməliyyatların müddəti uzana bilər.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Adrian Renkin-Qellovey bəyan edib.

 

“Koalisiya məqsədinə çatacaq. Lakin Suriyada vəziyyətin mürəkkəbləşməsi İŞİD-ə qarşı aparılan əməliyyatın müddətini uzada bilər”, deyə Pentaqon rəsmisi vurğulayıb.

 

Qeyd edək ki, ABŞ 2014-cü ildən etibarən Suriya hökumətindən icazəsiz bu ölkədə hərbi əməliyyatlar keçirir. Bəzi məlumatlara görə, hazırda Suriyada ABŞ-ın 20-dək hərbi bazası mövcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR