Bank Of Baku

Pentaqon: "Mosulda beş minədək İŞİD silahlısı var"

Pentaqon: "Mosulda beş minədək İŞİD silahlısı var"
# 12 dekabr 2016 03:15 (UTC +04:00)

Hazırda İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasının 3-5 min silahlısı var.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ qoşunlarının Suriya və İraqdakı komandanı general-leytenant Stiven Taunsend  bəyan edib.

 

“Əməliyyat başlayanda Mosulda 3500-dən 6000 minədək silahlının olduğunu təxmin edirdik. Son hesablamalarımıza əsasən, oktyabrın 17-dən etibarən 2 mindən çox terrorçu məhv edilib. Beləliklə, hazırda Mosulda beş minədək İŞİD silahlısı qalır”, deyə S.Taunsend bildirib.

 

Qeyd edək ki, ötən gün Eşton Karter ABŞ-ın müdafiə naziri qismində son dəfə İraqa səfər edib.

 

Mosulun terrorçu İŞİD qruplaşmasından azad edilməsi əməliyyatı oktyabrın 17-də başlayıb. Əməliyyatda İraq ordusu, Kürd peşmərgə birləşmələri, yerli özünümüdafiə dəstələri və ABŞ-ın rəhbərliyi altında beynəlxalq hərbi-hava qüvvələri iştirak edir.

 

Xatırladaq ki, Mosul şəhəri 2014-cü ilin iyunundan İŞİD-in nəzarətinə keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR