Vaşinqton aprel ayından Suriya hakimiyyətinin kimyəvi silah tətbiq etdiyinə dair məlumata malik deyil.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Cozef Danford bildirib.
C. Danford deyib ki, ABŞ Silahlı Qüvvələrinin aprelin 7-də Hums vilayətindəki Şayrat hərbi aerodromuna zərbə endirməsindən sonra Suriya prezidenti Bəşər Əsəd kimyəvi silahın tətbiqinin yolverilməz olduğunu başa düşdüyünə inanmaq istəyir.