Bank Of Baku

Pentaqon: Türkiyə İŞİD-lə mübarizədə səylərini artırmalıdır

Pentaqon: Türkiyə İŞİD-lə mübarizədə səylərini artırmalıdır
# 03 dekabr 2015 23:34 (UTC +04:00)

Bakı-APA. ABŞ hesab edir ki, Türkiyə İŞİD terror qruplaşmasına qarşı mübarizədə mütləq səylərini artırmalıdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib.

 

“Türkiyənin İŞİD-in ona təhlükə yaratdığını təsdiqləyən çoxlu  sübutları var. Düşünürəm ki, onlar təhlükəsizliyin təmin olunması, sərhədlərin bağlanılması üçün səylərini artıra bilərlər”, deyə Karter jurnalistlərə bildirib.

 

“Biz istərdik ki, Türkiyə İŞİD-lə mübarizədə səylərini artırsın. Bu çox vacibdir”, deyə nazir qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR