Bank Of Baku

Pentaqon rəhbəri: “Rusiya Qərb ittifaqının birliyini pozmağa çalışır”

Pentaqon rəhbəri: “Rusiya Qərb ittifaqının birliyini pozmağa çalışır”
# 28 mart 2018 09:27 (UTC +04:00)

“Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızının zəhərlənməsi Rusiyanın Qərbin birliyini pozmaq cəhdlərinin davamıdır”.

 

APA-nın “Business İnsider”a istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ müdafiə naziri Ceyms Mettis deyib. O, bildirib ki, bu, Rusiyanın davamlı davranış tərzidir: “Onlar düşünürlər ki, bəzi şeylər edib, daha sonra bunu inkar edə bilərlər. Bununla onlar Qərb ittifaqının birliyini pozmağa çalışırlar”.
 

C. Mettis qeyd edib ki, Rusiya ABŞ-ın strateji rəqibi olmağı seçib və bu səhvə görə iki dövlətin yaxın münasibətlər qurmaq cəhdləri geridə qalıb. 
 

Qeyd edək ki, martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə hücum həyata keçirilib. Rəsmi London insidentdə Rusiyanı günahlandırıb, Moskva isə bütün ittihamları rədd edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR