Bank Of Baku

Pentaqon Türkiyənin İŞİD-lə neft sövdələşməsinə getdiyinə dair məlumatları təkzib edib

Pentaqon Türkiyənin İŞİD-lə neft sövdələşməsinə getdiyinə dair məlumatları təkzib edib
# 02 dekabr 2015 16:20 (UTC +04:00)

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat xidmətinin rəhbəri Elissa Smit bildirib.

 

“Biz Türkiyə hakimiyyətinin İŞİD-lə neft sövdələşməsinə getməsinə dair ehtimalları rədd edirik. Bu ittihamları təsdiqləyən sübutları görməmişik. Türkiyə beynəlxalq tərəfdaşları ilə birlikdə Suriya ilə sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi istiqamətində addımlar atır. Bizim burada məqsədimiz İŞİD-in neft qaçaqmalçılığının qarşısını almaqdır. Biz Türkiyəni İŞİD-lə mübarizədə əsas tərəfdaş hesab edirik. Digər tərəfdaşlarımızla olduğu kimi Türkiyə ilə koalisiya çərçivəsində nələr edə biləcəyimizi, əməkdaşlıq məsələlərini, İŞİD üzərində qələbə imkanlarını müzakirə edirik”, - deyə o vurğulayıb.
 

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin rəsmisi Sergey Rudskoy İŞİD-in yanacaq daşıyan maşınlarının limanlara getdiyini, oradan isə neftin tankerlərlə üçüncü ölkələrə daşındığını bəyan edib. Rusiya Müdafiə Nazirliyi sübut kimi peyk vasitəsilə çəkilən şəkilləri göstərib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR