Bank Of Baku

Peru Futbol Federasiyasının keçmiş prezidenti FIFA-da korrupsiya qalmaqalı ilə bağlı həbs olunub

Peru Futbol Federasiyasının keçmiş prezidenti FIFA-da korrupsiya qalmaqalı ilə bağlı həbs olunub
# 05 dekabr 2015 07:41 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Peru Futbol Federasiyasının keçmiş prezidenti Manuel Burqa FIFA-da baş vermiş korrupsiya fırıldaqlarında təqsirli bilinərək həbs olunub.

 

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, o, Perunun paytaxtı Lima şəhərində evindən çıxarkən saxlanılıb. Lakin M. Burqa heç bir rüşvət almadığı üçün sakit olduğunu, bununla belə həbs olunacağını əvvəldən bildiyini deyib.

 

Xatırladaq ki, iki gün öncə İsveçrənin Sürix şəhərinə FIFA İcraiyyə Komitəsinin iclası çərçivəsində bu təşkilatda adı rüşvət qalmaqalında hallanan daha bir neçə FIFA məmurunun həbsinə başlanılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR