Bank Of Baku

Peru parlamenti ölkə prezidentinin istefasını qəbul edib

Peru parlamenti ölkə prezidentinin istefasını qəbul edib
# 23 mart 2018 17:28 (UTC +04:00)

Peru parlamenti ölkə prezidenti Pedro Pablo Kuçinskinin istefasını qəbul edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün yeni dövlət başçısının inauqurasiya mərasimi keçiriləcək. Ölkəyə bundan əvvəl birinci vitse-prezident postunu tutan Martin Viskarra başçılıq edəcək.

 

Martın 15-də Peru parlamenti prezident Kuçinskinin impiçmenti prosesinin başlanmasının lehinə səs verib. Martın 21-də Kuçinski istefa ərizəsini  parlamentə təqdim edib.

 

Qeyd edək ki, Braziliyanın “Odebrecht” tikinti şirkətinin Peru ərazisində korrupsiya sxemləri tətbiq etməsi Peruda böyük qalmaqala səbəb olub. 77 yaşlı Pedro Pablo Kuçinski 2016-cı ildə Peruda keçirilən prezident seçkilərinin 2-ci turunda qalib gəlmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR