Bank Of Baku

Puerto-Rikoda “İrma” qasırğasının yaxınlaşması ilə əlaqədar fövqəladə vəziyyət tətbiq edilib

Puerto-Rikoda “İrma” qasırğasının yaxınlaşması ilə əlaqədar fövqəladə vəziyyət tətbiq edilib
# 04 sentyabr 2017 21:49 (UTC +04:00)

Puerto-Rikonun qubernatoru Rikardo Roselyo regiona “İrma” qasırğasının yaxınlaşması ilə əlaqədar ölkədə fövqəladə vəziyyət tətbiq edib.

 

APA-nın məlumatına görə, bu barədə “Fox News” xəbər verib.

 

Meteoroloqların proqnozlarına görə, ölkədə 25 sm yağmur və 7 m hündürlüyündə dalğaların yaranacağı gözlənilir.

 

Qeyd edək ki, ABŞ-ın Texas ştatında  baş verən “Harvi” qasırğası 44 nəfərin həyatına son qoyub. İlkin hesablamalara görə, qasırğanın vurduğu ziyan 150 milyard ABŞ dollar təşkil edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR