Bank Of Baku

Qvatemalada 40 nəfəri qətlə yetirməkdə şübhəli bilinən təhlükəli cinayətkar saxlanılıb

Qvatemalada 40 nəfəri qətlə yetirməkdə şübhəli bilinən təhlükəli cinayətkar saxlanılıb
# 09 dekabr 2016 03:20 (UTC +04:00)

Qvatemala polisi  onlarla insanı qətlə yetirməkdə şübhəli bilinən “Barrio-18” cinayətkar dəstənin 27 yaşlı üzvünü saxlayıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə,  Karlos Qaytan yalnız cari il ərzində azı 40 nəfəri qətlə yetirib. Cinayətkar Vilya-Nueva yaşayış məntəqəsində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

 

K.Qaytananın qurbanlarının əksəriyyəti sahibkarlıqla məşğul olan və yük daşımalar sahəsində çalışan şəxslərdir.  Onun başçılıq etdiyi  “Barrio-18” cinayətkar dəstə 100-dən çox qətl törətməkdə  şübhəli bilinir.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR