Bank Of Baku

Qvatemalada baş verən zəlzələ nəticəsində 5 nəfər ölüb

Qvatemalada baş verən zəlzələ nəticəsində 5 nəfər ölüb
# 15 iyun 2017 02:53 (UTC +04:00)

Qvatemalada baş verən zəlzələ nəticəsində 5 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət ölkənin üç bölgəsində 4 qadın və 1 kişinin həyatına son qoyub, 40 yaşayış evi qismən dağılıb.

 

İyunun 14-də  Qvatemalada 6,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Taxumulko şəhərindən 8 km aralıda, Meksika ilə sərhəddə yerləşib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR