Bank Of Baku

Qvatemalada vulkana qalxan 6 turist donaraq ölüb

Qvatemalada vulkana qalxan 6 turist donaraq ölüb
# 09 yanvar 2017 18:48 (UTC +04:00)

Qvatemalada Akatenanqo vulkanına qalxarkən donub ölənlərin sayı 6 nəfərə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 3 nəfərin öldüyü bildirilirdi.

 

Yanvarın 7-də iki turist qrupu vulkana qalxmağa başlayıb. Lakin sonra havanın temperaturu kəskin aşağı düşüb, güclü külək turistlərin çadırlarını dağıdıb.

 

Məlumata əsasən, 2 nəfərin həyatını xilas etmək mümkün olub. Hadisə yerində xilasedici əməliyyat davam edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR