Bank Of Baku

Rio-de-Janeyroda atışma nəticəsində 7 nəfər ölüb

Rio-de-Janeyroda atışma nəticəsində 7 nəfər ölüb
# 25 mart 2018 01:32 (UTC +04:00)

 

 

Braziliyanın Rio-de-Janeyro şəhərində hərbi polis əməkdaşları ilə cinayətkarlar arasında atışma nəticəsində 7 nəfər ölüb.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rosinye rayonunda küçəni patrul hərbi polis əməkdaşları qəfil naməlum şəxslər tərəfindən atəşə tutulublar. Atışma zamanı cinayətkarlardan 7 nəfəri ağır yaralanıb, onların hamısı sonradan xəstəxanada keçinib.  

 

Qeyd edək ki, Braziliya hökuməti fevralın 20-dən cinayətkarlıq səviyyəsinin yüksək olduğu Rio-de-Janeyro şəhərində təhlükəsizliyin təmin edilməsi vəzifəsini hərbi polisə həvalə edib. Ştata hərbi nəzarət ilin sonunadək davam etdiriləcək.     

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR