Bank Of Baku

Rusiya İŞİD-lə mübarizə üzrə ABŞ Dövlət Departamentinin konfransında iştirak etməyəcək

Rusiya İŞİD-lə mübarizə üzrə ABŞ Dövlət Departamentinin konfransında iştirak etməyəcək
# 27 fevral 2018 00:07 (UTC +04:00)

Rusiya İŞİD terror qruplaşması ilə mübarizə üzrə ABŞ Dövlət Departamentinin konfransında iştirak etməyəcək.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Dövlət Departamentinin nümayəndəsi bəyan edib.

 

"Rusiya nümayəndələri konqresdə iştirak etməyəcək. Rusiya İŞİD-ə qarşı koalisiyanın  üzvü deyil", deyə o əlavə edib.

 

Fevralın 27-28-də ABŞ Dövlət Departamenti İnterpol ilə birgə IŞİD-lə mübarizə üzrə konfrans keçirəcək. Məlumata görə, konfransda 90 ölkə və qurumun nümayəndələri iştirak edəcək. Dövlət Departamentinin rəsmisi tədbirdə hansı ölkələrin iştirak etdiyini açıqlamayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR