Bank Of Baku

Rusiya patriarxı Havanada Roma papası ilə görüşəcək

Rusiya patriarxı Havanada Roma papası ilə görüşəcək
# 12 fevral 2016 01:58 (UTC +04:00)

Bakı-APA.  Rusiya patriarxı Kiril Havanaya səfər edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, patriarxı Kuba paytaxtına səfərində təxminən 100 nəfərdən ibarət geniş nümayəndə heyəti müşayiət edir.  

 

Məlumata görə, patriarxı Kirili Havana hava limanında Kubanın rəhbəri Raul Kastro qarşılayıb.

 

Qeyd edək ki, fevralın 12-də Havanada Rusiya patriarxı Kiril və Roma papası Fransisk arasında görüş planlaşdırılıb.   

 

Bundan əvvəl Rusiya patriarxı və  Roma papasının səsləndirəcəkləri birgə bəyanat razılaşdırılıb. Bəyanatın mətni hələlik açıqlanmır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR