Bank Of Baku

S&P 2016-cı ildə neftin qiymətinə dair proqnozunu yaxşılaşdırıb

S&P 2016-cı ildə neftin qiymətinə dair proqnozunu yaxşılaşdırıb
# 20 sentyabr 2016 23:22 (UTC +04:00)

Bakı-APA.  S&P Global Ratings (S&P) beynəlxalq reytinq agentliyi 2016-cı ildə neftin qiymətinə dair proqnozunu yaxşılaşdırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  yenilənmiş proqnoza əsasən, 2016-cı il üçün  “Brent” və  WTI markalı neftin bir barelinin qiyməti 40 dollardan 42,5 dollaradək qaldırılıb.    

 

Agentlik hesab edir ki, neftə olan tələbatın artması  yaxın bir neçə il ərzində qeyri-stabil olacağına baxmayaraq, müsbət qalacaq.  

 

“Neftin hazırkı bolluğu orta müddətli və uzaq müddətli perspektivdə artıq  müşahidə olunmayacaq”, - deyə məlumatda qeyd olunur. Bu yeni layihələrin azlığı və yataqların tükənməsi ilə izah olunur.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR