Bank Of Baku

Seçici səslərinin say nisbətinə görə, Hillari Klinton Trampdan 3 milyon çox səs toplayıb

Seçici səslərinin say nisbətinə görə, Hillari Klinton Trampdan 3 milyon çox səs toplayıb
# 21 dekabr 2016 03:41 (UTC +04:00)

ABŞ-da keçirilmiş prezident seçkilərində məğlub olan Hilları Klinton bütün ştatlar üzrə  seçici səslərinin say nisbətinə görə Donald Trampdan 3 milyon çox səs toplayıb.

 

APA-nın xəbərinə görə, bu barədə “Hill” nəşri məlumat verib.

 

ABŞ-da prezident seçkilərinin nəticələrinin hesablanması başa çatıb. Hilları Klinton hesablanmış bülletenlərə əsasən 65 844 610 səs (48,2%), Donald Tramp isə 62 979 636 səs (46,1%) toplayıb.

 

Qeyd edək ki, ABŞ-da prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq kifayətdir. Donald Tramp Seçicilər Kollegiyasının 304, Hillari Klinton isə 227 səsini toplayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR