Bank Of Baku

СNN: Klinton Trampı 5% qabaqlayır

СNN: Klinton Trampı 5% qabaqlayır
# 25 oktyabr 2016 04:47 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 5 faiz qabaqlayır.

 

APA-nın xəbərinə görə,  CNN telekanalının ORC şirkəti ilə birgə keçirdiyi son sorğuya əsasən, Klinton seçicilərin səsinin 49 faizini, Tramp isə 44 faizini toplaya bilər.

 

Sorğu 20-23 oktyabr tarixlərində keçirilib.

 

Ötən gün ABC telekanalı tərəfindən keçirilən rəy sorğusunun nəticələrinə görə, sabiq dövlət katibi milyardçı rəqibini 12% qabaqlayıb.

 

Xatırladaq ki, noyabrın 8-də ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR