ABŞ vətəndaşları Ağ ev ilə Rusiya arasında əlaqələrin olub-olmaması ilə bağlı araşdırmalardan yorulub. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "Harvard-Harris" təşkilatının keçirdiyi sorğunun nəticələrində qeyd edilib.
Soğruda iştirak edənlər hesab edir ki, hakimiyyət digər problemlərin həllinə fokuslanmalıdır. Onların fikrincə, Ağ ev ilk növbədə tibb, terrorizm, milli təhlükəsizlik, iqtisadi problemləri həll etməlidir.
Respondentlərin 64%-i bildirib ki, prezident Donald Trampın Rusiya ilə əlaqələrini axtarmaq ölkəyə zərər vurur.