Bank Of Baku

Sorğu: Klinton Trampı 7 faiz qabaqlayır

Sorğu: Klinton Trampı 7 faiz qabaqlayır
# 14 oktyabr 2016 19:25 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 7 faiz qabaqlayır.

 

APA-nın məlumatına görə, oktyabrın 10-12-də Fox News telekanalı tərəfindən keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 45 faizini, Tramp isə 38 faizini toplaya bilər.

 

Oktyabrın 3-6-da  telekanalın keçirdiyi rəy sorğusunda Klintonun üstünlüyü cəmi 2 faiz təşkil edib (Klinton - 44%, Tramp – 42%).

 

Oktyabrın 9-da Klintonla Tramp arasında ikinci teledebat keçirilib. CNN telekanalının sorğusuna əsasən, sabiq dövlət katibi teledebatda 37%-ə qarşı 57% səslə qalib qəlib.

 

Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR