Bank Of Baku

Sorğu: Tramp Arizona və Nevada ştatında, Klinton isə Florida və Pensilvaniyada öndədir

Sorğu: Tramp Arizona və Nevada ştatında, Klinton isə Florida və Pensilvaniyada öndədir
# 03 noyabr 2016 00:07 (UTC +04:00)

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp rəqibi, demokratların namizədi Hillari Klintonu Nevada və Arizona ştatlarında, Klinton isə öz növbəsində Florida və Pensilvaniyada öndədir.

 

APA-nın məlumatına görə, bu CNN telekanalı  və ORC şirkəti tərəfindən keçirilən son sorğuda bəlli olub.

 

Arizona ştatında rəyi soruşulanların 49%-i Trampa, 44%-i isə Klintona səs verməyə hazır olduqlarını bildirib. Nevadada Trampın üstünlüyü 6%-a çatıb. Milyardçıya 49%, sabiq dövlət katibinə respondentlərin 43% səs verməyə hazırlaşır.

 

Ənənəvi olaraq demokratlara üstünlük verən Pensilvaniya ştatında H.Klinton 48%  ilə rəqibini dörd faiz qabaqlayır. Floridada isə Klinton 49% ilə Trampı cəmi iki faiz qabaqlayır.

 

Noyabrın 2-də ABC telekanalı ilə “Washington Post” qəzetinin keçirdiyi ümummilli sorğunun nəticələrinə əsasən, hər iki namizəd 46%-lik dəstək əldə edib. 

 

Xatırladaq ki, ABŞ-da noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR