Bank Of Baku

Stoltenberq: “NATO sistemlərinə kiberhücumların sayı 60% artıb”

Stoltenberq: “NATO sistemlərinə kiberhücumların sayı 60% artıb”
# 19 yanvar 2017 03:03 (UTC +04:00)

2016-cı ildə NATO-nun kompüter sistemlərinə kiberhücumların sayı 60% artıb.

 

APA-nın xəbərinə görə, bunu “Die Welt” qəzetinə müsahibəsində Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bəyan edib.

 

“2016-cı ildə tərəfimizdən hər ay ərzində 500-dək kiberhücum dəf edilib. Müdaxilələrin əksəriyyəti fərdi şəxslər deyil, xarici dövlət orqanları tərəfindən həyata keçirilib”, deyə Y.Stoltenberq vurğulayıb.

 

Onun sözlərinə görə, kibertəhlükəsizlik NATO-nun növbəti sammitinin əsas mövzularından birini təşkil edəcək: “Çünki kiberhücumlar Alyansın müdafiə qabiliyyətini sarsıda, silahlı qüvvələrimizə isə ziyan vura bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR