Əfqanıstanda “Taliban” qruplaşmasının üzvləri kəndə hücum edərək 70 –dək dinc sakini girov götürüblər. APA-nın RİA Novosti”yə istinadən verdiyi xəbərə, girov götürülən şəxslərdən 7-si öldürülüb.
Qəndəhar əyalətinin qubernatoru artıq 30-dək kənd sakininin azad olunduğunu bildirib.
İnsident Qəndəhar-Tarinkot avtomobil yolunda baş verib.