Şimali Koreyanın hərəkətləri qəti cavabını gözləyir, ABŞ-ın Pxenyana qarşı səbri tükənib”
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Cənubi Koreya prezidenti Mun Çje İn ilə görüşdə ABŞ-ın dövlət başçısı Donald Tramp bəyan edib.
“Şimal Koreyanın nüvə və raket proqramına qarşı qəti cavab verməyin vaxtı çatıb. Pxenyandakı rejimə qarşı strateji səbir dövrü uğursuzluğa düçar olub. ABŞ-ın Şimali Koreyaya qarşı səbri tükənib”, deyə D.Tramp qeyd edib.