ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp daxili işlər naziri postuna Respublikaçılar partiyasından Nümayəndələr Palatasının üzvü, “dəniz suitiləri” (Navy Seal) xüsusi təyinatlılar dəstəsinin sabiq kapitanı Rayan Zinkin namizədliyini irəli sürüb.
APA-nın xəbərinə görə, bu barədə “Politico” nəşri Trampın komandasındakı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Zink hələlik Trampın təklifinə dair qərarını açıqlamayıb.