Bank Of Baku

Tramp ABŞ-ın Səhiyyə nazirini istefaya göndərib

Tramp ABŞ-ın Səhiyyə nazirini istefaya göndərib
# 29 sentyabr 2017 22:53 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp ölkənin Səhiyyə və sosial xidmətlər naziri Tomas Praysı vəzifəsindən azad edib.

 

APA-nın  verdiyi xəbərə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

 

 "Prezident Səhiyyə və sosial xidmətlər naziri Tomas Prays istefasını qəbul edib”, məlumatda deyilir. Bundan əvvəl D.Tramp nazirin fəaliyyətindən narazı olduğunu bildirib. 

 

Ötən həftə T.Praysa qarşı çarter uçuşlarına büdcə vasitələrindən istifadə etdiyinə görə araşdırma başlanılmışdı.

 

Yoxlamalara “Politico” qəzetinin nazirin ABŞ ərazisində 26 dəfə fərdi təyyarələrdən istifadə etməsinə dair məqaləsi səbəb olub. Məlumata əsasən, nazirin uçuşları dövlətə 400 min ABŞ dollarına başa gəlib. Rəsmi olaraq nazir səfərlərini adi sərnişin reysləri ilə həyata keçirməli imiş. Məqalə dərc edildikdən sonra nazir bütün xərcləri  büdcəyə ödəməyə hazır olduğunu bildirib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR