Bank Of Baku

Tramp Avropada istehsal olunan avtomobillərə vergi tətbiq edəcəyini bildirib

Tramp Avropada istehsal olunan avtomobillərə vergi tətbiq edəcəyini bildirib
# 03 mart 2018 22:44 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Aİ bazarında Amerika şirkətlərinin fəaliyyətinin çətinləşdiriləcəyi təqdirdə Avropa ölkələrində istehsal olunan avtomobillərə vergi tətbiq edəcəyini vəd edib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə D.Tramp “Tvitter” səhifəsində yazıb.  

 

“Əgər Aİ orada çalışan ABŞ şirkətləri üçün onsuzda yüksək olan tarifləri daha da artırmaq niyyətindədirsə, onda biz də onların avtomobillərinə vergini artıracağıq”, - deyə Tramp qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR