Bank Of Baku

Trampın səfərinin təxirə salındığı təkzib edilib - YENİLƏNİB

Trampın səfərinin təxirə salındığı təkzib edilib - <span style="color: red;">YENİLƏNİB
# 11 iyun 2017 16:30 (UTC +04:00)

Böyük Britaniya baş nazirinin dəftərxanası KİV-də ABŞ prezidenti Donald Trampın Londona planlaşdırılan səfərinin təxirə salınması barədə yayılan xəbəri təkzib edib.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Böyük Britaniya baş nazirinin dəftərxanasının nümayəndəsi deyib ki, D. Trampın Böyük Britaniyaya dəvət olunması qüvvədədir və bununla bağlı planda hər hansı dəyişiklik yoxdur.

 

Qeyd edək ki. bu gün “The Guardian” qəzeti ABŞ prezidenti D. Trampın Böyük Britaniyaya dövlət səfərini qeyri-müəyyən müddətə təxirə salmağa qərar verdiyi, bu barədə telefon danışığı zamanı Böyük Britaniyanın baş naziri Tereza Meyə məlumat verdiyi barədə məlumat yayıb. D. Trampın səfərinin Böyük Britaniya cəmiyyətində mənfi reaksiyaya səbəb olacağından ehtiyat edərək belə bir qərar verdiyi iddia olunmuşdu. 

 

***

 

saat 17.16

 

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyaya dövlət səfərini qeyri-müəyyən müddətə təxirə salmağa qərar verib.

 

APA-nın “The Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti bu barədə telefon danışığı zamanı Böyük Britaniyanın baş naziri Tereza Meyə məlumat verib.

 

Qəzet yazır ki, D. Tramp səfərinin Böyük Britaniya cəmiyyətində mənfi reaksiyaya səbəb olacağından ehtiyat edərək belə bir qərar verib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR