Bakı-APA. ABŞ prezidentliyinə namizəd Hillari Klinton ümummilli debatlarda daha yaxşı çıxış etmək üçün xüsusi preparatlar qəbul edib. Sonuncu debatdan əvvəl hər iki namizəd dopinq testdən keçməlidir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ötən gün Nyu-Qempşirdə tərəfdarları qarşısında çıxışı zamanı Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.
“Mən onda (Hillari Klintonda-red.) nə baş verdiyini anlamıram. Ötən debatların əvvəlində ona sanki nə isə vurmuşdular, sona yaxın isə elə görünürdü ki, sanki onu səhnədən düşürməyi xahiş edirdi. O özünü avtomobilinə kimi güclə çatdırdı”, - deyə Tramp qeyd edib.
O özünün və rəqibinin seçkiqabağı mübarizəsini idmançıların mübarizəsinə bənzədib.
“Yüngül atletika idmançılarını dopinq testdən keçməyi məcbur edirlər. Mən hesab edirəm ki, debatlardan əvvəl bizdə yoxlanışdan keçməliyik. Mən şəxsən bunu etmək istəyirəm”, - deyə namizəd əlavə edib.
“Dostlar, dünyada çox şeylər baş verir. Mən hesab edirəm ki, ona preparatlar yeridirlər. Həqiqəti bilmək istəyirsiniz? Çərşənbəyə (oktyabrın 19-da yekun debatlar keçiriləcək-red.) hazır olması üçün ona indidən preparatlar verməyə başlayıblar”, - deyə Tramp bildirib.