Bank Of Baku

Tramp Kubanın üzərindən sanksiyaların götürülməsinin şərtini açıqlayıb

Tramp Kubanın üzərindən sanksiyaların götürülməsinin şərtini açıqlayıb
# 19 sentyabr 2017 18:32 (UTC +04:00)

“Kuba hakimiyyət orqanları lazımi islahatları həyata keçirməyənədək ABŞ sanksiyaları aradan qaldırmayacaq”.

APA-nın "RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışında deyib.

D.Tramp bildirib ki, ABŞ, Kubadakı sabitliyi pozan rejimə qarşıdır və kubalıların azad yaşamaq xəyalını dəstəkləyir: “Ancaq Kubada köklü islahatlar aparılanadək  sanksiyaları götürməyəcəyik”.

D.Tramp onu da əlavə edib ki, ABŞ Venesuelada Nikolas Maduronun "korrupsiya rejiminə" təzyiq göstərməkdə davam edəcək: “ABŞ Venesuelada ədalətli hakimiyyətin bərpası üçün mühüm addımlar atacaq. Əgər Maduro avtoritar siyasətini davam etdirərsə, başqa addımlar da atmağa hazırıq”.

N.Maduronu qanuni seçilmiş hökumət nümayəndələrini səlahiyyətlərindən məhrum etməkdə ittiham edən D.Tramp onu qeyd edib ki, N.Maduronun bu rejimi insanların əzab çəkməsinə səbəb olur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR