Bank Of Baku

Tramp Meksika ilə sərhəddə divar çəkmək niyyətini təsdiqləyib

Tramp Meksika ilə sərhəddə divar çəkmək niyyətini təsdiqləyib
# 12 yanvar 2017 00:21 (UTC +04:00)

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar çəkmək niyyətini təsdiqləyib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu D.Tramp Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bəyan edib.

 

“Mən gözləmək istəmirəm. Bir il və yaxud il yarım. Divarın tikintisinə tezliklə başlanılacaq. Meksikanı ABŞ-dan istifadə etdiyinə görə qınamıram. Meksika xalqını sevirəm, bir çox meksikalı şirkətlərimdə çalışıb, onların hamısı gözəl insanlardır”, deyə D.Tramp bildirib.

 

Qeyd edək ki, noyabrda D.Tramp üç milyonadək qeyri-qanuni mühacirin ABŞ-dan deportasiya ediləcəyini bəyan etmişdi, mühacirlərin qarşısının alınması üçün isə ABŞ-Meksika sərhədində divar çəkilməsinin zəruriliyini vurğulamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR