Bank Of Baku

Tramp müdafiə naziri postuna general Mettisin namizədliyini irəli sürüb

Tramp müdafiə naziri postuna general Mettisin namizədliyini irəli sürüb
# 07 dekabr 2016 04:41 (UTC +04:00)

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp müdafiə naziri postuna general Ceyms Mettisin  namizədliyini irəli sürüb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Tamp qərarını Şimali Karolina ştatında çıxışı zamanı açıqlayıb.

 

“Hərbi strategiyamızın uğurlu olması üçün bizə Müdafiə Nazirliyinə rəhbərlik edə biləcək  doğru adam lazımdır. Buna görə də mən bu gün müdafiə naziri postuna general Ceyms Mettisin namizədliyini irəli sürmək niyyətində olduğumu məmnuniyyətlə elan edirəm”, - deyə Tramp bildirib.  

 

Tramp Mettisi ABŞ-ın onilliklər boyu ən uğurlu generalı  adlandırıb.  

 

Qeyd edək ki,  Ceyms Mettisin  66 yaşı var. O, 1991-ci ildə Fars körfəzində, daha sonra Əfqanıstanda, 2003-cü ildə isə İraqda əməliyyatlarda diviziyaya komandanlıq edib.  Onun son xidmət yeri ABŞ-ın Yaxın Şərq və Mərkəzi Asiya üzrə mərkəzi komandanlığı olub. O, bu postda 2010-2013-cü illərdə çalışıb. Hərbi xidmət dövründə “Quduz köpək” ləqəbi qazanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR