Bank Of Baku

Tramp qasırğadan əziyyət çəkən Texas ştatına səfər edəcək

Tramp qasırğadan əziyyət çəkən Texas ştatına səfər edəcək
# 27 avqust 2017 22:58 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp “Harvi” qasırğasının fəsadlar törətdiyi Texas ştatına səfər edəcək.

 

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

 

“Prezident avqustun 29-u, çərşənbə axşamı Texas ştatına səfər edəcək. Hazırda səfərlə bağlı müvafiq hazırlıq işləri aparılır”, deyə Ağ Evin mətbuat katibi Sara Sanders qeyd edib.

 

ABŞ-ın Texas ştatında “Harvi” tropik qasırğası nəticəsində 5 nəfər ölüb. Qasırğa ştatda ciddi fəsadlar törədib, bir sıra şəhər və digər yaşayış məntəqələri su altında qalıb.  Qeyd edək ki, “Harvi” son 12 ildə ABŞ-da qeydə alınan ən güclü qasırğa olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR