Bank Of Baku

Tramp terrora qarşı mübarizədə ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərini birliyə çağırıb

Tramp terrora qarşı mübarizədə ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərini birliyə çağırıb
# 13 sentyabr 2017 06:04 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl Nahayanla telefon danışığı zamanı Qətər ətrafındakı böhranı müzakirə edib.

 

“Prezident ABŞ-ın regiondakı tərəfdaşlarının birliyinin əhəmiyyətini vurğulayıb, terrora qarşı mübarizədə terror qruplaşmalarının maliyyələşdirilməsinin, ekstremizm ideologiyasının yayılmasının qarşısını almaqda səyləri əsirgəməməyə çağırıb”, - deyə məlumatda bildirilir.  

 

Qeyd edək ki, iyunun 5-də regionda diplomatik qalmaqal başlayıb. Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ Qətəri terrorçuluğu və terror qruplaşmalarını dəstəkləməkdə günahlandıraraq diplomatik münasibətləri dayandırıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR