Bank Of Baku

Tramp yeni FTB direktorunun namizədliyini Senata təqdim edib

Tramp yeni FTB direktorunun namizədliyini Senata təqdim edib
# 27 iyun 2017 03:03 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Kristofer Reyin Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru vəzifəsinə namizədliyini baxılmaq üçün Senata təqdim edib.

 

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

 

D.Tramp iyunun 7-də K.Reyin FTB direktoru postuna namizədliyini irəli sürdüyünü bəyan edib.

 

Yel universitetinin məzunu, 51 yaşlı Kristofer Rey 2003-2005-ci illərdə Ədliyyə naziri və Baş prokurorunun köməkçisi vəzifələrində çalışıb. Hazırda K.Rey “King & Spalding” hüquq şirkətinin rəhbərlərindən biridir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR