Bank Of Baku

Trampın sözçüsü: “Rusiyanın seçki nəticələrinə təsir etməsi barədə sübut yoxdur”

Trampın sözçüsü: “Rusiyanın seçki nəticələrinə təsir etməsi barədə sübut yoxdur”
# 03 yanvar 2017 09:53 (UTC +04:00)

“Rusiyanın haker müdaxiləsinin ABŞ-da keçirilən son prezident seçkilərinin nəticələrinə təsir etməsi barədə heç bir sübut yoxdur”.

 

APA-nın xəbərinə görə, bunu yeni seçilmiş prezident Donlad Trampın sözçüsü Şon Spayser “Fox News” kanalına bildirib.  

 

Sözçü deyib ki, kəşfiyyatın yekun hesabatından öncə dərhal nəticəyə gəlmək məsuliyyətsiz addım olar.

 

ABŞ prezidenti  Barak Obamanın qənaətinə görə,  Rusiya ötən  il keçirilən prezident seçkilərinə müdaxilə  edib və nəticələri  yeni seçilmiş prezident  Donald  Trampın xeyrinə dəyişib. Artıq 35 rusiyalı diplomat ABŞ-dan xaric edilib və Rusiyanın iki kəşfiyyat agentliyinə qarşı sanksiya tətbiq edilib. Rusiya  ona qarşı irəli sürülən ittihamları əsassız  sayır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR