Bank Of Baku

Trampın Yaxın Şərq üzrə baş müşaviri vəzifəsini tərk edib

Trampın Yaxın Şərq üzrə baş müşaviri vəzifəsini tərk edib
# 28 iyul 2017 00:21 (UTC +04:00)

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə baş müşaviri Derek Xarvi vəzifəsini tərk edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  D.Xarvinin üzvü olduğu Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Maykl Enton bu məlumatı təsdiqləyib.   

 

Məlumata görə,  D.Xarvinin vəzifədən getməsi Suriya, İran və İraq dair məsələlər üzrə Ağ Evin daxilində fikir ayrılıqları fonunda baş verib.   

 

D.Xarvi  prezidentin Yaxın Şərq üzrə baş müşaviri vəzifəsinə prezidentin milli təhlükəsizlik üzrə sabiq müavini  Maykl tərəfindən irəli sürülmüşdü.  M.Flinn Rusiya səfiri Sergey Kislyakla təmaslarına görə ABŞ-da qalmaqal fonunda vəzifəsindən azad edilmişdi.

 

“Foreign Policy” bildirir ki, Xarvi İrana qaşı sərt mövqe tutmağa və ABŞ-ın ordusunun Suriyada sayını artırmağa çağırırdı.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR