Bank Of Baku

Vaşinqtonda iğtişaşlar nəticəsində saxlanılanların sayı 217-yə çatıb - YENİLƏNİB

Vaşinqtonda iğtişaşlar nəticəsində saxlanılanların sayı 217-yə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 21 yanvar 2017 01:21 (UTC +04:00)

ABŞ-ın paytaxtı Vaşinqtonda polislə Donald Trampın əleyhdarları arasında baş verən toqquşmalar nəticəsində saxlanılanların sayı 217 nəfərə çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Vaşinqton polis idarəsinin rəisi vəzifəsinin səlahiyyətlərini icra edən Piter Nyüşem bildirib.

 

Onun sözlərinə görə, şəhərdə qeydə alınan müxtəlif insidentlər zamanı 6 polis əməkdaşı xəsarət alıb.

 

“Ümumiliklə iğtişaşlar nəticəsində 217 nəfər saxlanılıb, 6 polis əməkdaşı müxtəlif dərəcəli xəsarət alıb”, deyə P.Nyüşem qeyd edib. 

 

***

 

00:13

 

ABŞ-ın paytaxtı Vaşinqtonda polislə Donald Trampın əleyhdarları arasında toqquşmalar baş verib.

 

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, iğtişaşlar nəticəsində 90 nəfər saxlanılıb.

 

Məlumata görə, iki polis əməkdaşı yaralanıb. Polis etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

 

Qeyd edək ki, yanvarın 20-də Vaşinqtonda ABŞ-ın 45-ci prezidenti Donald Trampın inauqurasiya mərasimi keçirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR