Bank Of Baku

Vaşinqtonda Obama və Ərdoğan arasında qeyri-rəsmi görüş baş tuta bilər

Vaşinqtonda Obama və Ərdoğan arasında qeyri-rəsmi görüş baş tuta bilər
# 29 mart 2016 21:31 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obamanın Vaşinqtonda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü baş tuta bilər. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Coşua Ernest bildirib.    

 

Türkiyə prezidentinin nümayəndələrinin məlumatına görə, Ərdoğan nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün  ABŞ-a yola düşəcək. Məlumata görə, səfər aprelin 2-dək davam edəcək. “İkitərəfli görüşlərdə nüvə təhlükəsizliyi ilə bağlı məsələlərlə yanaşı Paris, İstanbul, Ankara və Brüsseldə törədilmiş terror aktlarının müzakirə ediləcəyi, regional mövzular ətrafında fikir mübadiləsi keçiriləcəyi gözlənilir”, - deyə məlumatda bildirilir. 

 

Qeyd edək ki,  nüvə təhlükəsizliyi sammiti martın 31-dən aprelin 1-dək davam edəcək. Bundan əvvəl ABŞ KİV-ləri Obamanın Ərdoğanla görüşməkdən imtina etdiyini bildiriblər.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR