Venesuela prezidenti Nikolas Maduro neftin qiymətinin 10 il müddətinə stabilləşdirilməsi strategiyasını hazırlamaq üçün OPEK-ə üzv və qeyri üzv ölkələrin dövlət və hökumət rəhbərlərinin sammitini keçirməyi təklif edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Maduro Korabobo ştatında keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Maduro həmçinin Rusiya prezidenti Vladimir Putinlə söhbəti barədə danışıb. Onun sözlərinə görə, söhbət zamanı neft bazarının stabilləşməsi məsələsi və hasilat həcminin azaldılmasına dair noyabrda əldə olunan saziş müzakirə edilib.