Bank Of Baku

Venesuela prezidenti: “Putin Uqo Çaves sülh mükafatına layiq görülüb”

Venesuela prezidenti: “Putin Uqo Çaves sülh mükafatına layiq görülüb”
# 19 yanvar 2017 02:40 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin Venesuelanın keçmiş lideri Uqo Çavesin adına sülh mükafatına layiq görülüb.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Venesuela  prezidenti Nikolas Maduro bildirib.

 

“Biz Vladimir Putini dünya miqyaslı, çoxqütblü dünyanın lideri kimi qəbul edirik. Rusiya lideri dünyada sülh uğrunda mübarizə aparır.  Ondan çox şey öyrənməyə çalışırıq”, deyə N.Maduro vurğulayıb.

 

Bundan əlavə, N.Maduro tezliklə Rusiyaya səfər edəcəyinə ümid etdiyini bildirib. Qeyd edək ki, V.Putin  Venesuelada təsis edilən yeni mükafatın ilk sahibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR