Bank Of Baku

Venesuelada Konstitusiya Assambleyasına seçkilər keçirilir

Venesuelada Konstitusiya Assambleyasına seçkilər keçirilir
# 30 iyul 2017 13:07 (UTC +04:00)

Bu gün Venesuelada Konstitusiya Assambleyasına seçkilər keçirilir.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Konstitusiya Assambleyası Konstitusiyaya dəyişikliyin hazırlanması ilə məşğul olacaq.

 

Venesuelada 19,4 milyon seçici üçün 14,5 min səsvermə məntəqəsi açılıb. Konstitusiya Assambleyasına 364 üzv ştatlardan, 173 üzv cəmiyyətin müxtəlif birliklərindən, 8 üzv isə hindu əhali tərəfindən seçiləcək.  Yeni Konstitusiyanın ölkəyə sülh və sabitlik gətirəcəyinə inanan Hakimiyyət yüksək seçici aktivliyinə ümid bəsləyir. Müxalifət isə seçkiləri tanımır, Konstitusiya Assambleyasının prezident Nokolas Maduro tərəfindən deyil, referendum vasitəsi ilə çağırıla biləcəyini bəyan edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR