Bakı-APA. Venesuelanın prezidenti Nikolas Maduro ölkədə milli valyutanın 59 faiz devalvasiyaya uğradığını bəyan edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısı bildirib ki, fevralın 18-dən 1 ABŞ dollarının rəsmi məzənnəsi 10 bolivaradək bahalaşacaq.
N.Maduro ölkədə yaşanan böhranda, ilk növbədə, “Dolar Today” adlı qeyri-qanuni mübadilə məzənnə sistemini günahlandırıb: “Dolar Today” aşkarlanıb məhv edilməlidir. Biz onları məhv etməsək, onlar ölkəmizi məhv edəcəklər”, deyə N.Maduro bildirib.
Qeyd edək ki, Venesuelada son devalvasiya 2013-cü ilin fevralında qeydə alınıb.