Bank Of Baku

Sergey Yeseninin oğlu ABŞ-da vəfat edib

Sergey Yeseninin oğlu ABŞ-da vəfat edib
# 16 mart 2016 15:00 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyalı şair Sergey Yeseninin oğlu Aleksandr Yesenin-Volpin 92 yaşında ABŞ-da vəfat edib.

 

APA-nın xəbərinə görə, bu barədə “Interfax”a onun dostları məlumat verib.

 

Riyaziyyatçı, filosof-şair A. Yesenin-Volpin 1924-cü il mayın 2-də Leninqradda anadan olub. Onun anası şair-tərcüməçi Nadejda Volpinlə Sergey Yesenin arasında qısa sürən sevgi münasibəti olub. SSRİ-də hüquq-müdafiə hərəkatının üzvü olan A. Yesenin-Volpin antisovet fəaliyyəti ilə əlaqədar 6 il həbsxana, sürgün həyatı yaşayıb, psixiatriya klinikasına salınıb.

 

Sovet hakimiyyətinin israrı ilə 1972-ci ildə ABŞ-a köçüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR