Bank Of Baku

Yunanıstanın Braziliyadakı səfirinin yanmış meyiti aşkarlanıb

Yunanıstanın Braziliyadakı səfirinin yanmış meyiti aşkarlanıb
# 30 dekabr 2016 01:59 (UTC +04:00)

Braziliyada Yunanıstanın itkin düşmüş səfiri Kiriakos Amiridisə məxsus yanmış avtomobil aşkarlanıb. Avtomobildə olan yanmış meyitin kimə məxsus olduğunu ekspertiza müəyyənləşdirəcək. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, yanmış avtomobilin şəkli “Globo” telekanalının saytında dərc edilib. Avtomobil səfirin itkin düşdüyü Rio-de-Janeyronun Nova-İquasu bələdiyyəsi ərazisində aşkarlanıb.

 

Qeyd edək ki, ailəsi ilə birlikdə Rio-de-Janeyroda məzuniyyətdə olan 59 yaşlı səfir üç gün evdən gedib və bir daha geri dönməyib. K.Amiridisin həyat yoldaşı onun itkin düşməsi barədə polisi məlumatlandırıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR