Bank Of Baku

Azərbaycanda xüsusi şərabçılıq laboratoriyaları yaradılacaq

Azərbaycanda xüsusi şərabçılıq laboratoriyaları yaradılacaq
# 18 dekabr 2013 07:01 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda bölgələr üzrə elmi üzümçülük və şərabçılıq laboratoriyaları yaradılacaq. Burada üzüm sortlarının bioloji təmizliyi və texnoloji baxımdan yararlılığı, həmçinin müxtəlif xüsusiyyətlərinə görə qiymətləndirilməsi aparılacaq. Bundan başqa, xaricdən gətirilən tinglər, calaqaltı və calaqüstü materialların sanitar ekspertizasından keçirilməsi, onların yerli şəraitə uyğunlaşmasının elmi əsaslarla öyrənilməsi təmin olunacaq. Bu barədə «APA-Economics»ə Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru Tariyel Pənahov məlumat verib.

 

Onun sözlərinə görə, elmi mərkəzlər Cəlilabad, Gəncə, Şamaxı, Abşeronda və ölkənin şimal bölgəsinin bir hissəsində açılacaq. Bu xüsusi laboratoriyaların formalaşmasına artıq gələn ildən başlanılacaq.

 

T.Pənahov əlavə edib ki, yerli üzüm tinglərinin artırılması məqsədilə anaclıq bağların salınması da nəzərdə tutulub: «Bu məqsədlə laboratoriyaların yaradılacağı bölgələrin hər birində 30 hektar ərazidə üzüm bağları salınacaq. Hazırlanmış tinglər həmin laboratoriyalarda calaq olunacaq. Daha sonra əldə olunan tinglər fermerlərə təklif ediləcək. Çünki xaricdən üzüm tingi gətirmək həm baha başa gəlir, həm də bəzən özünü doğrultmur. Məsələn, Fransada yaxşı olan üzüm sortu burada eyni məhsul verə bilmir. Ona görə də yerli üzüm növlərinə ehtiyac var».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR