Bank Of Baku

FAO Azərbaycana “Ölkə Proqram Çərçivəsi”ni təqdim edəcək

FAO Azərbaycana “Ölkə Proqram Çərçivəsi”ni təqdim edəcək
# 19 dekabr 2013 14:39 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Asiya üzrə subregional koordinatoru və Azərbaycan üzrə nümayəndəsi Mustafa Sinasörü qəbul edib.

 

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verioən məlumata görə, H.Əsədov Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi və kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində hökumət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsində FAO layihələrinin rolunu qeyd edərək, bu dəstəyə görə təşkilatın nümayəndəsinə təşəkkürünü bildirib. Nazir həmçinin FAO-nun Azərbaycan hökuməti ilə birgə hazırladığı “Ölkə Proqramı Çərçivəsi ” sənədində aqrar sahənin ehtiyaclarının öz əksinin tapmasının vacib olduğunu qeyd edib.

 

M.Sinasör FAO-nun Azərbaycan üzrə yardım strategiyasının ölkənin kənd təsərrüfatı sahəsindəki ehtiyacları ilə uzlaşdığını diqqətə çatdırıb. M.Sinasör “Ölkə Proqram Çərçivəsi”nin yekun layihəsinin tezliklə Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunacağını bildirib.

 

Daha sonra tərəflər arasında Azərbaycanda heyvan kəsimi üçün sallaqxanaların yaradılması, baytarlıq strategiyasının hazırlanması və digər sahələrdə FAO-nun ekspert dəstəyi ilə əlaqədar məsələlər müzakirə edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR